UEFA Çempionlar Liqası: “Arsenal” 20 ildən sonra yenidən finalda - VİDEO
UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”la “Atletiko Madrid” arasında cavab oyunu bitib.
TodayPress TV xəbər verir ki, oyun 1:0 hesabı ilə İngiltərə klubunun xeyrinə qurtarıb.
İlk oyun heç-heçə başa çatdığından "Arsenal" finala vəsiqə qazanıb.
***
“Arsenal” - “Atletiko Madrid” oyununda hesab açılıb.TodayPress TV xəbər verir ki, 45-ci dəqiqədə Bukayo Saka londonluları irəli çıxarıb.
***
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları start götürüb.
TodayPress TV xəbər verir ki, bu mərhələnin ilk qarşılaşmasında “Arsenal” “Atletiko Madrid”i qəbul edir.