UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verildi
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə bir oyunla start verilib.
TodayPress TV xəbər verir ki, ilk oyun günündə İspaniya təmsilçisi "Betis" Portuqaliyada "Braqa"nın qonağı olub.
"Estadio Municipal de Braga"da baş tutan oyunda bərabərlik qeydə alınıb -1:1.
Ev sahiblərinin heyətində Florian Qrilliç (5) fərqlənib. Qonaq komandanın qolunu isə penaltidən Xuan Kamilo Ernandes (62) vurub.
Xatırladaq ki, raundun digər qarşılaşmaları aprelin 9-da keçiriləcək.