UEFA Avropa Liqası: "Nottingem Forest" və "Braqa" rəqiblərini məğlub etdilər

UEFA Avropa Liqası: "Nottingem Forest" və "Braqa" rəqiblərini məğlub etdilər
01.05.2026 01:22 UEFA

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

TodayPress TV xəbər verir ki, günün qarşılaşmalarında "Braqa" "Frayburq"u, "Nottingem Forest" isə "Aston Villa"nı qəbul edib.

İngiltərənin iki təmsilçisinin görüşünün taleyini bir qol həll edib. Kris Vudun 71-ci dəqiqədə penaltidən vurduğu qol "Nottingem Forest"ə qələbə qazandırıb.

"Braqa" - "Frayburq" oyununda 2:1 hesabı qeydə alınıb. Portuqaliya təmsilçisi əlavə edilmiş dəqiqələrdə fərqlənərək rəqibini üstələyə bilib.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları isə mayın 7-də keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər