UEFA Avropa Liqası: Finalçılar bəlli oldu

UEFA

08.05.2026 01:08

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

TodayPress TV xəbər verir ki, hər iki matç Bakı vaxtı ilə 23:00-da başlayıb.

"Aston Villa" "Nottingem Forest"lə qarşılaşıb. İlk görüşdə minimal hesabla məğlub olan ev sahibləri bu dəfə azarkeşlərini sevindirməyi bacarıb. Unay Emerinin kollektivi rəqibini 4 cavabsız qolla darmadağın edib və adını finala yazdırıb.

"Frayburq" isə "Braqa"nı üstələməyi bacarıb - 3:1.

TodayPress TV

tag: UEFA ,Avropa ,Liqa,Aston Villa,TodayPress TV,