Tedesko etiraf etdi: “Rəqib presinqi neytrallaşdırmaq yolunu tapa bilmədik”
UEFA
20.02.2026 13:07
Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Nottingem Forest” komandası ilə 0:3 hesablı məğlubiyyəti şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə Tedesko UEFA-nın rəsmi saytına verdiyi açıqlamada bildirib:
““Nottingem Forest” bu gün çox aktiv və təzyiqli oynadı. Onlar güclü idilər və topa malik olduğumuz müddət az olduğundan oyuna təsir etmək çətin idi. İlk 30 dəqiqədə onların presinqi çox güclü idi və biz onu neytrallaşdırmaq yolunu tapa bilmədik”.
“Nottingem Fotrest” klubunda fərqlənən futbolçular Murillo, Iqor Jezus və Morqan Gibbs-Uayt olub.
“Fənərbağça” və “Nottingem Forest” komandaları arasında cavab oyunu fevralın 26-da İngiltərədə baş tutacaq.
Namiq HUN
tag: Domeniko Tedesko,UEFA,Fənərbağça,Nottingem Forest,Todaypress.tv,
