Tarixi gecə! Höyge ÇL-də Norveç rekordu qırdı
Norveçli hücumçu Yens Petter Höyge cari mövsüm “Bodo-Qlimt” heyətində UEFA Çempionlar Liqasında (ÇL) 6 qol vuraraq tarixi nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, bu göstərici cari mövsümdə norveçli futbolçu üçün Çempionlar Liqası tarixində ən yüksək nəticədir.
Höyge “Tottenhem Hotspur” (2 qol), “İnter” (2 qol), “Borussiya Dortmund” (1 qol) və “Mançester Siti” (1 qol) ilə oyunda fərqlənib.
Onun xüsusilə Milandakı 2:1 hesablı qələbədə vurduğu qol komandasının 1/8 finala yüksəlməsində həlledici rol oynayıb.
“Bodo-Qlimt” növbəti mərhələdə ya “Manchester Siti”, ya da “Sportinq” ilə qarşılaşacaq.
Höygenin məhsuldarlığı isə artıq Norveç futbol tarixində yeni səhifə açıb.
Namiq HUN