Səfərdə qələbə həyəcanı: Azərbaycan millisi Kaunasda döyüşə hazırlaşır!
Azərbaycanın futbol üzrə milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva ilə keçiriləcək oyun üçün bu ölkəyə yollanıb.
TodayPress TV xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi seçmə komanda hazırlıq prosesini Kaunas şəhərində davam etdirəcək.
Litva – Azərbaycan qarşılaşması sentyabrın 27-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Namiq HUN