“Real Madrid” daxilində gərginlik: konflikt heyəti dəyişdi

UEFA

14.04.2026 15:24

“Real Madrid” klubunun əsas müdafiəçilərindən biri Raul Asensio UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya” ilə matçın heyətinə daxil edilməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı ispaniyalı futbolçunun siyahıda yer almamasının səbəbi baş məşqçi Alvaro Arbeloa ilə yaşanan konflikt olub.

Asensio son La Liqa oyununda “Jirona” ilə matçda 90 dəqiqə meydanda olub və sağlamlıq problemi yaşamayıb. Buna baxmayaraq, məşqçi heyəti onu Münhenə aparılacaq siyahıya daxil etməyib.

Məlumata görə, futbolçu ilə məşqçi arasında baş verən gərginlikdən sonra müdafiəçi komanda qarşısında ictimai şəkildə üzr istəyib, lakin bu, etimadın bərpası üçün kifayət etməyib.

Qeyd edək ki, cavab oyunu 15 aprel tarixində “Münhen Arena”da keçiriləcək. İlk görüşdə “Bavariya” 2:1 hesabı ilə qələbə qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Bavariya,UEFA,Matç,Todaypress.tv,