Qurbanovdan mesaj: İngiltərədə fərqli “Qarabağ”!
UEFA
23.02.2026 15:05
“Nyukasl Yunayted”lə cavab oyununa yaxşı hazırlaşdıqlarını bildirən Qurban Qurbanov matçı analiz etmək üçün kifayət qədər vaxtlarının olduğunu deyib.
TodayPress TV xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl Yunayted”ə qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb:
“Birinci oyunda psixoloji zərbə aldıq. İlk dəqiqlərdə buraxılan qollar komandaya pis təsir etdi. “Nyukasl Yunayted” qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışdı. Səfərdə daha diqqətli oynamalıyıq”.
Baş məşqçi açıq məşq və mətbuat konfransının Bakıda təşkil olunmasına da münasibət bildirib. O, məşq proqramının pozulmaması üçün bu addımın atıldığını və rəqiblərin də oxşar praktikadan istifadə etdiyini qeyd edib.
Komandanın futbolçusu Joni Montiel isə ilk oyundakı ağır nəticəni unutmalı olduqlarını vurğulayıb:

“Birinci hissədə çox uğursuz olduq. İkinci yarıda isə daha yaxşı mübarizə apardıq. Kaş ki, ilk hissədə də yaxşı çıxış edərdik. Amma bura Çempionlar Liqasıdır və rəqiblər çox güclüdür. Bu nəticəni unudub, İngiltərədəki görüşə hazırlaşmalıyıq”.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə St James' Park stadionunda keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bir həftə əvvəl Bakıda keçirilən ilk qarşılaşmada İngiltərə təmsilçisi 6:1 hesablı qələbə qazanıb.
Namiq HUN
tag: Qurban Qurbanov,Nyukasl Yunayted,Qarabağ,UEFA ,Çempionlar Liqası,Joni Montiel,Todaypress.tv,
