Qarsiya ÇL-də “Barselona”nın antirekord müəllifinə çevrildi

UEFA

15.04.2026 11:24

“Barselona”nın müdafiəçisi Erik Qarsiya UEFA Çempionlar Liqasında (ÇL)  klub tarixində ən çox qırmızı vərəqə alan futbolçuya çevrilib.

TodayPress TV xəbər verir ki, bu barədə “MisterChip” Х sosial şəbəkəsində məlumat yayıb.

25 yaşlı futbolçu bu göstəriciyə 1/4 final mərhələsində “Atletiko Madrid” ilə cavab oyununda (2:1) 79-cu dəqiqədə meydandan qovulduqdan sonra nail olub. 

Çempionlar Liqasında “Barselona” futbolçularının qırmızı vərəqə statistikası:

3 - Erik Qarsiya 

2 - Ronald Arauxo, Pau Kubarsi, Jerar Pike. 

Cari mövsümdə Erik Qarciya Çempionlar Liqasında 11 oyunda iştirak edib, lakin məhsuldar göstərici ilə yadda qalmayıb. İspaniya çempionatında isə onun hesabında 29 oyun, 1 qol və 1 assist var.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Erik Qarsiya,UEFA,Qırmızı vərəqə,Todaypress.tv,