“Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır

“Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır
13.08.2026 23:15 UEFA

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi dəqiqləşib.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi bu raundda Niderlandın "Tvente" kollektivi ilə üz-üzə gələcək.

Komanda III təsnifat mərhələsində DAK 1904 (Slovakiya) klubunu iki oyunun nəticəsinə əsasən məğlub edib - 6:0, 3:3.

Xatırladaq ki, "Qarabağ" bu raundda Ukraynanın "Dinamo" (Kiyev) komandasını mübarizədən kənarlaşdırıb. Polşada rəqibinə 0:1 hesabı ilə uduzan "köhlən atlar" Bakıda iki cavabsız qolla qalib gəlib.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər