Qalmaqal böyüyür: “Real” UEFA-nı ittiham edir

UEFA

18.04.2026 14:11

“Real Madrid” klubunda hesab edirlər ki, UEFA Çempionlar Liqasından  kənarlaşma hakim qərarları ilə yanaşı, daha böyük səbəblərlə bağlı ola bilər.

TodayPress TV “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “kral klubu”nda cavab oyununda “Bavariya” ilə qarşılaşmada baş verən epizodun arxasında UEFA rəhbərliyinin mövqeyi dayanmış ola bilər.

Xatırladaq ki, matçın 86-cı dəqiqəsində baş hakim Slavko Vinçiç futbolçu  Eduardo Kamavinqaya ikinci sarı vərəqə göstərərək meydandan qovmuşdu. Bu qərar oyunun gedişinə ciddi təsir etmişdi.

Mənbəyə əsasən, “Real” daxilində bu epizodun Aleksander Ceferin tərəfindən klubun Avropa Super Liqa layihəsindəki mövqeyinə görə “qisas” kimi qiymətləndirildiyi iddia olunur. Hətta hakimlə UEFA prezidenti arasında eyni ölkədən olmaları səbəbilə mümkün əlaqəyə də diqqət çəkilir.

Qeyd edək ki, “kral klubu”nun prezidenti Florentino Peres 2021-ci ildə yaradılan Super Liqa layihəsinin ilk rəhbərlərindən biri olmuşdu. Klub yalnız 2026-cı ilin fevralında bu layihədən ayrılan son iştirakçı kimi çıxış edib.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,UEFA,Çempionlar Liqası,Bavariya,Todaypress.tv,