PSJ prezidenti yarımfinalçılara hörmətini bildirdi

UEFA

24.04.2026 09:20

Nasser Əl-Xəlaifi UEFA Çempionlar Liqasının bütün yarımfinalçılarına hörmətini ifadə edib.

TodayPress TV xəbər verir ki, Pari Sen-Jermen klubunun prezidentinin sözlərinə görə, komandasının ardıcıl üçüncü dəfə UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlməsi qürurvericidir.

“PSJ-nin Çempionlar Liqasının yarımfinalına yüksəlməsi ilə çox qürur duyuram. Bu, dünyanın ən yaxşı turniridir və biz artıq üçüncü ildir ardıcıl burada yarımfinaldayıq. Yarışın səviyyəsi çox yüksəkdir. Bütün klublar çox yaxşı oynayır. “Arsenal”, “Bavariya”, “Atletiko”. Mən bütün yarımfinalçılara böyük hörmətlə yanaşıram”, – deyə Əl-Xəlaifi bildirib.

Qeyd edək ki, PSJ ilə “Bavariya” arasında ilk oyun aprelin 28-də Parisdə keçiriləcək. 

Namiq HUN

TodayPress TV

tag: Nasser Əl-Xəlaifi,UEFA,Çempionlar Liqası,Pari Sen-Jermen,Todaypress.tv,