PSJ-də rahatlıq: Enrike matçı pivə ilə izləyəcək!

UEFA

15.04.2026 14:18

Luis Enrike UEFA Çempionlar Liqasında mümkün rəqiblə bağlı suala yumorla cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

“Pari Sen-Jermen” klubunun baş məşqçisi yarımfinalda “Real Madrid” və ya “Bavariya” ilə qarşılaşmaq istəyi barədə danışarkən konkret seçim etməyib.

“Real” yoxsa “Bavariya”? Hər dəfə birini seçəndə sonda digəri ilə oynayırıq. Mən isə oyunu Parisdə oturub soyuq pivə içə-içə izləyəcəyəm”, – deyə ispan mütəxəssis bildirib.

Xatırladaq ki, PSJ 1/4 finalda “Liverpul”u məğlub edərək yarımfinala yüksəlib və indi “Real Madrid” – “Bavariya” cütünün qalibini gözləyir.

Namiq HUN

TodayPress TV

tag: Luis Enrike,UEFA ,PSJ,Real Madrid,Bavariya,Todaypress.tv,