Məhəmməd Salah Çempionlar Liqası matçında “Liverpul”un tarixinə düşə bilər

UEFA

09.03.2026 17:11

“Liverpul” klubunun hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”a qarşı iki rekorda imza ata bilər.

TodayPress TV xəbər verir ki, 33 yaşlı futbolçunun şansı var “Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrageri keçərək klubun Çempionlar Liqasında ən çox oyun keçirmə rekordçusu olsu. 

Hər iki futbolçunun hazırda hesabında 80 oyunu var.

Salah, həmçinin turnirdə 50-ci qolunu vurmaqla buna nail olan ilk afrikalı futbolçu ola bilər. Hazırda o, 49 dəfə rəqib qapılarına yol tapa bilib. 

Qeyd edək ki, Məhəmməd Salah 2025/26 mövsümündə “Liverpul”un heyətində bütün turnirlərdə 30 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Məhəmməd Salah,Liverpul,Qalatasaray,UEFA,Rekord,Todaypress.tv,