Madriddə böyük duel, Londondan səfər sınağı
UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinin oyunlarına start veriləcək.
TodayPress TV xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Real Madrid” evdə “Bavariya”nı qəbul edəcək. “Arsenal” isə səfərdə “Sportinq”in qonağı olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.
Namiq HUN