Maçt bitdi: PSJ ÇL finalında… - VİDEO

UEFA

07.05.2026 01:09

“Bavariya” - PSJ oyunu başa çatıb.

TodayPress TV xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci yarımfinal cütlüyünün cavab matçında 1:1 hesabı ilə heç-heçə qeydə alınıb.

İlk oyunda qələbə qazanan (5:4) PSJ bu cütlüyün qalibi olub.

Beləliklə, Fransa təmsilçisi tarixində üçüncü dəfə Çempionlar Liqasının finalında oynamaq hüququ qazanıb. Finalda onların rəqibi Londonun “Arsenal” klubu olacaq. PSJ Çempionlar Liqasının hazırkı qalibidir.

xxx

“Bavariya” - PSJ oyununda hesab dəyişib.

TodayPress TV xəbər verir ki, 90+4-cü dədiqədə Harri Keyn Münhen klubunun cavab qolunu vurub.

xxx

“Bavariya” - PSJ oyununda hesab açılıb 0 : 1

TodayPress TV xəbər verir ki, 3-cü dədiqədə Usman Dembele Fransa klubunu irəli çıxarıb.


xxx

UEFA Çempionlar Liqasında ikinci yarımfinal cütlüyünün cavab matçı keçirilir.

TodayPress TV xəbər verir ki, “Bavariya” klubu Fransa təmsilçisi PSJ-ni qəbul edib.

tag: İdman,Bavariya,PSJ,Futbol,Todaypress.tv,