“Liverpul” matçında qonaq tribunası boş qalacaq

UEFA

04.03.2026 16:47

UEFA 1/8 final mərhələsi çərçivəsində keçiriləcək səfər oyunu üçün Qalatasaray azarkeşlərinə bilet satışını qadağan edib. 

TodayPress TV xəbər verir ki, Avropa Futbol Assosiasiyalar İttifaqı İstanbul təmsilçisini əlavə olaraq 40 min avro məbləğində cərimə də edib.

Qərar fevralın 25-də Turində “Yuventus”a qarşı keçirilən pley-off matçında azarkeşlərin davranışı ilə əlaqədardır. Oyunda pirotexniki vasitələrdən istifadə edilməsi, iğtişaşlar və meydançaya kənar əşyaların atılması qeydə alınıb.

Beləliklə, Liverpul ilə keçiriləcək cavab görüşündə “Qalatasaray”ın  azarkeşləri tribunada yer ala bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” və “Liverpul” komandaları arasında ilk oyun martın 10-da Türkiyədə, cavab qarşılaşması isə martın 18-də İngiltərədə keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: UEFA,Liverpul,Qalatasaray,Cərimə,Todaypress.tv,