Konfrans Liqasında hər şey bu gecə bəlli olacaq!

UEFA

07.05.2026 10:38

Bu gün UEFA Konfrans Liqasında finalçılar müəyyənləşəcək. 

TodayPress TV xəbər verir ki, “Kristal Pelas” yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində İngiltərədə Ukraynanın “Şaxtyor Donetsk” klubunu qəbul edəcək. “Dumanlı Albion” təmsilçisi ilk matçda qələbə qazanıb - 3:1.

Digər yarımfinal qarşılaşmasında isə “Strasburq” Fransada İspaniyanın “Rayo Valyekano” klubu ilə üz-üzə gələcək. İlk oyunda İspaniya təmsilçisi minimal hesablı qələbəyə sevinib – 1:0.

Yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Konfrans Liqasının final matçı mayın 27-də Almaniyanın Leyptsiq şəhərində təşkil olunacaq.

Namiq HUN

TodayPress TV

tag: UEFA Konfrans Liqası,Kristal Pelas,Şaxtyor Donetsk,Strasburq,Rayo Valyekano,Todaypress.tv,