Konfrans Liqasında 1/4 final mərhələsinə start verildi

UEFA

10.04.2026 00:21

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start verilib.

TodayPress TV xəbər verir ki, açılış oyununda İspaniyanın "Rayo Valyekano" klubu öz meydanında Yunanıstanın AEK komandasını sınağa çəkib. Qarşılaşma La Liqa təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Günün digər 3 görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İtaliya "Fiorentina"sı İngiltərədə "Kristal Pelas"ın, Fransa "Strasburq"u Almaniyada "Maynts"ın, Niderlandın "AZ Alkmaar" kollektivi isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qonağı olacaq.

Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

TodayPress TV

tag: UEFA, Konfrans, İspaniya, todaypress.tv,