Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu

Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu
03.08.2026 16:39 UEFA

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi bəlli olub.

Ağdam klubu III raundda Ukraynanın “Dinamo” (Kiyev) komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu mərhələdə ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Dinamo” ilə ilk matçını avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər