İtaliya millisi titul ovunda: Roberto Mançini Belçika maçı öncəsi iddialı danışdı!
İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda Belçikaya qarşı keçiriləcək oyundan əvvəl komandasının turnirdəki məqsədləri barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Təcrübəli mütəxəssis əsas hədəflərinin çempionluq uğrunda mübarizə aparmaq olduğunu və heyətdə hələ ki bir neçə mövqe üzrə yekun qərar vermədiyini bildirib:
“Ümid edirik ki, finala yüksələcəyik və titullar uğrunda mübarizə aparacağıq. Niderlandla oyunda üçüncü yer uğrunda mübarizə aparmışdıq, lakin indi məqsədimiz fərqlidir. Qrupumuz güclüdür, asan olmayacaq, amma əlimizdən gələni edəcəyik. İlk 11-liklə bağlı demək olar ki, qərar vermişik, sadəcə iki mövqe sual altındadır. Kambyaqi, eləcə də Kin və Dzanyolo müxtəlif mövqələrdə oynamaq qabiliyyətinə malikdirlər. Yekun qərarı matçdan öncə verəcəyik”.
Namiq HUN