İstanbuldan Bakıya dəstək - Okan Buruk “Qarabağ” üçün danışdı

İstanbuldan Bakıya dəstək - Okan Buruk “Qarabağ” üçün danışdı
18.02.2026 11:08 UEFA

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İstanbulda “Yuventus” üzərində qazanılan inamlı qələbədən sonra “Qalatasaray”ın baş məşqçisi mətbuat konfransında “Qarabağ”dan danışıb. 

TodayPress TV xəbər verir ki, Okan Buruk “Qarabağ” klubuna Çempionlar Liqasının pley-off mərhələsində mənəvi dəstək verib.

“Bilirsiniz ki, “Qarabağ”ın da pley-off mərhələsində matçı var. Bütün azarkeşlərimizin “Qarabağ”a dəstək verməsini istəyirəm. Həmkarım Qurban Qurbanova bu çətin oyunda qələbə arzu edirəm. Ürəyimiz sizinlə bərabər döyünəcək” – deyə Buruk bildirib.

Xatırladaq ki, “Qalatasaray” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Yuventus”u 5:2 hesabı ilə məğlub edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər