Gecənin həyəcanı: Avropanın nəhəngləri yarımfinal uğrunda!
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
TodayPress TV xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
Münhendə Bavariya bir həftə əvvəl 2:1 hesabı ilə qalib gəldiyi Real Madridi qəbul edəcək. Bu cütün qalibi yarımfinalda PSJ ilə qarşılaşacaq.
Londonda isə Arsenal səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Sportinqlə üz-üzə gələcək. Bu cütün qalibi yarımfinalda Atletiko Madridə rəqib olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 28-29 aprel, cavab qarşılaşmaları isə 5-6 may tarixlərində keçiriləcək.
Namiq HUN