Futbolda siyasi gərginlik: İrlandiya hökuməti baş məşqçinin arxasında durdu!

Futbolda siyasi gərginlik: İrlandiya hökuməti baş məşqçinin arxasında durdu!
23.09.2026 10:29 UEFA

İrlandiyanın Baş naziri Mixol Martin İsrail Futbol Assosiasiyasının (IFA) İrlandiya milli komandasının baş məşqçisi Xeymir Xadliqrimssonun ünvanına səsləndirdiyi bəyanatları qəbuledilməz adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Millətlər Liqasında İsraillə oyunlar öncəsi islandiyalı mütəxəssis komandasının soyqırıma qarşı oynadığını bildirib. IFA isə bu bəyanata belə cavab verib:

“Biz çoxsaylı sahələrdə sülhün və bəşəriyyətin inkişafına böyük töhfələr vermişik və buna görə təsirli sayda Nobel mükafatı almışıq. Təəssüf ki, İrlandiya millisinin məşqçisinin nümayiş etdirdiyi axmaqlıq, cəhalət və riyakarlığa qarşı hələ ki dərman tapa bilməmişik”.

“Bunlar qəbuledilməz bəyanatlardır və geri götürülməlidir. Bizim mövqeyimiz çox aydındır. Düşünürəm ki, BMT-nin Baş katibi Antoniu Quterreş bu səhər bir daha bəyan etdi: o, bütün ömrü boyu Qəzzada İsrail hökumətinin HƏMAS-ın dəhşətli hücumundan sonra başladığı müharibədə şahidi olduğu miqyasda insan tələfatı və dağıntı görməyib.

Bizim məşqçimiz də dəqiq eyni sözləri deyir. İsrail bütün dünyanın bildiyi və anladığı həqiqətləri inkar etməyə davam edə bilməz”, - deyə Martin bildirib.

Xatırladaq ki, daha əvvəl UEFA İrlandiyanın püşkatma zamanı milli komandanın İsraillə eyni qrupa düşməməsi ilə bağlı müraciətini rədd etmişdi. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər