Enfilddə böyük savaş: Liverpul geri dönüş edəcəkmi?
UEFA
17.03.2026 15:40
Liverpul və Qalatasaray çərşənbə günü UEFA Çempionlar Liqası 1/8 finalının cavab görüşündə üz-üzə gələcək.

Altı dəfə Çempionlar Kubokunun qalibi olan “Liverpul” ilk matçda Türkiyə çempionu “Qalatasaray”a İstanbulda 0:1 hesabı ilə məğlub olub. Bu səbəbdən “aslanlar” cavab oyununa üstünlüklə başlayır. Bununla belə, bir top fərqi “Liverpul” üçün həlledici risk sayılmır.

Qalatasaray üstünlüklə başlayır, Liverpul isə geri dönüş axtarır
“Qalatasaray” daha əvvəl də “Liverpul”u minimal hesabla məğlub etməyi bacarıb. Liqa mərhələsində 30 sentyabr tarixində keçirilən oyunda Viktor Osimhenin penaltidən vurduğu qol görüşün taleyini həll etmişdi. Həmin mərhələnin yalnız bir oyundan ibarət olduğunu nəzərə alsaq, “aslanlar” o zaman mümkün revanşdan yayınmışdı.
Victor Osimhen (“Qalatasaray”ın hücumçusu):

“Biz komanda yoldaşlarımla birlikdə çox güclü rəqibə qarşı tam gücümüzlə oynayaraq qalib gəldik. Oyunun ən yaxşı futbolçusu seçildiyim üçün çox şadam, amma bu uğur bütün komandanın, o cümlədən baş məşqçimiz Okan Burukun əməyinin nəticəsidir”.

Osimhen bu qələbəni komanda uğuru kimi qiymətləndirib və bütün heyətin əməyini ön plana çıxarıb. Onun fikrincə, əldə olunan nəticə yalnız fərdi deyil, ümumi zəhmətin bəhrəsidir.
Bu dəfə isə ssenari fərqlidir - minimal üstünlüyü qorumaq üçün “Qalatasaray” “Enfild”də ciddi sınaqdan keçməlidir. Məhz buna görə də bir top fərqi “Liverpul” üçün kritik görünmür.
Virgil van Dijk (“Liverpul”un kapitanı):

“Topa sahib olarkən və yarımmüdafiədə boş oyunçu tapmağa çalışarkən risk edirdik. Bu, risklidir. Dəfələrlə son xəttə qədər irəlilədik və bəlkə də orada daha yaxşı oynamalıyıq. Belə anlarda yanlış qərarlar verdik, rəqib bizi cəzalandırdı və təhlükəli vəziyyətlər yaratdı. Əminəm ki, yenidən qələbə yoluna qayıdacağıq. Sadəcə işləməyə davam etməli və birlikdə qalmalıyıq. Panikaya ehtiyac yoxdur, amma inkişaf etməliyik”.

Kapitan Van Deyk komandanın səhvlərini açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, yanlış qərarlar “Liverpul”u çətin vəziyyətə salıb. Müdafiəçi komandanı sakitliyə və daha çox inkişaf etməyə çağırıb.
Bəzən sabitlik ən çətin əldə olunan üstünlükdür və “Liverpul” üçün bu amil hələ də tam formalaşmayıb.
Gecənin sualı: Osimhenin komandası Enfilddən sağ çıxacaqmı?
![]()
Tarixi statistikaya görə, “Qalatasaray” “Enfild”də hələ qələbə qazanmayıb. Bununla belə, əvvəlki qarşılaşmalarda rəqabətli oyun nümayiş etdirib: 2002-ci ildə 0:0 heç-heçə, 2006-cı ildə isə 2:3 hesablı məğlubiyyət (oyun zamanı 0:3 geridə olsa da, fərqi azaltmağı bacarmışdı).

İngiltərə səfərlərində “Qalatasaray”ın ümumi göstəriciləri də o qədər uğurlu deyil - 1 qələbə, 3 heç-heçə və 8 məğlubiyyət. Yeganə qələbə 3 il əvvəl “Mançester Yunayted” üzərində əldə olunub.
Namiq HUN
tag: Qalatasaray, Liverpul,UEFA,Futbol,Todaypress.tv,
