Dembele PSJ-ni rekordun astanasına gətirdi!

UEFA

07.05.2026 09:25

PSJ klubu UEFA Çempionlar Liqasının bütün dövrlər üzrə rekorduna bir addım da yaxınlaşıb.

TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Bavariya” ilə (1:1) matçda fərqlənən fransalı hücumçu Usman Dembele komandasının cari mövsüm Çempionlar Liqasında vurduğu qolların sayını 44-ə çatdırıb.

UEFA-nın rəsmi statistikasına əsasən, “Pari Sen-Jermen” bununla turnirin bir mövsümündə ən çox qol vuran ikinci komanda olub. Rekord 1999/2000-ci illər mövsümündə 45 qol vuran İspaniyanın “Barselona” klubuna məxsusdur.

Qeyd edək ki, PSJ klubu tarixində üçüncü dəfə Çempionlar Liqasının finalına yüksəlib. Həlledici oyunda Paris təmsilçisinin rəqibi İngiltərənin “Arsenal” klubu olacaq. Qarşılaşma mayın 30-da Macarıstanda keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: UEFA,PSJ,Bavariya,Usman Dembele,Todaypress.tv,