Çempionlar Liqası: Yarımfinal cütlükləri məlum oldu

Çempionlar Liqası: Yarımfinal cütlükləri məlum oldu
16.04.2026 01:00 UEFA

UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib.

TodayPress TV xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.

"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə qarşılaşıb və oyunda heç bir qol vurulmayıb.

"Real" isə Almaniyada "Bavariya"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

"Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) – 0:0

İlk oyun - 1:0

"Bavariya" (Almaniya) - "Real" (İspaniya) – 4:3

İlk oyun - 2:1

Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər