Çempionlar Liqası: İngiltərə klubları üçün uğursuz gecə!

UEFA

11.03.2026 09:15

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

TodayPress TV xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin ilk oyun günü güclü 16-lıqda say üstünlüyü ilə diqqət çəkən İngiltərə klubları üçün uğurlu olmayıb.

“Qalatasaray” “Liverpul”u minimal hesabla məğlub edərək azarkeşlərini sevindirib. Madrid şəhərində keçirilən qarşılaşmada isə “Atletiko” “Tottenhem”i 5:2 hesabı ilə məğlub edib.

Pley-off mərhələsində “Qarabağ”ı üstələyən “Nyukasl Yunayted” isə “Barselona” ilə matçda qələbəni əldən verib – 1:1.

Günün ən böyük hesablı qələbəsi isə İtaliyada qeydə alınıb. “Atalanta”nın qonağı olan Almaniya çempionu “Bavariya” Berqamoda 6:1 hesablı inamlı qələbə qazanaraq əsl master-klass nümayiş etdirib.

Namiq HUN

TodayPress TV

tag: UEFA,ÇL,Qalatasaray,Liverpul,Todaypress.tv,