Çempionlar Liqası həyəcanı: "Qarabağ" media önünə çıxır

UEFA

20.02.2026 14:33

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” oyunu öncəsi mətbuat konfransı və media üçün açıq məşq Bakıda təşkil olunacaq.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, media nümayəndələri üçün açıq məşq 22 fevral saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə 23 fevral saat 14:00-da, eyni məkanda təşkil olunacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” qarşılaşması 24 fevral tarixində St James' Park stadionunda baş tutacaq. Görüş 21:00-da (Bakı vaxtı ilə 00:00-da) start götürəcək.

Namiq HUN

TodayPress TV

tag: UEFA ,Çempionlar Liqası,Qarabağ,Nyukasl Yunayted,Todaypress.tv,