Çempion məşqçi PSJ-də qalır: yeni müqavilə hazırdır

UEFA

11.04.2026 12:05

“Pari Sen-Jermen” baş məşqçi Luis Enrike ilə müqaviləni uzatmağa çox yaxındır.

TodayPress TV xəbər verir ki, “RMC Sport”un məlumatına görə, Fransa və UEFA Çempionlar Liqasının hazırkı qalibi olan Paris təmsilçisi ispaniyalı mütəxəssislə 2030-cu ilin yayına qədər yeni müqavilə üzrə razılığa gəlib.

Luis Enrike 2023-cü ildən komandanı çalışdırır və qısa müddət ərzində kluba UEFA Çempionlar Liqasında çempionluq qazandırıb. Bu nəticə klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Bildirilir ki, yeni müqavilə onu Avropanın ən yüksək maaş alan məşqçilərindən birinə çevirə bilər. Cari mövsümdə PSJ Çempionlar Liqasında yüksək göstərici sərgiləyir: Enrikeyə 64% qələbə faizi məxsusdur. O, turnirdə 75 oyunda 48 qələbə qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Luis Enrike,Pari Sen-Jermen,UEFA,Çempionlar Liqası,Todaypress.tv,