“Çelsi” – PSJ qarşıdurması öncəsi iddialı açıqlamalar!
UEFA
11.03.2026 12:05
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
TodayPress TV xəbər verir ki, köhnə tanışlar, PSJ və “Çelsi” Parisin “Park-de-Prens” stadionunda bir araya gələcəklər.
Rozenyor: PSJ güclüdür, amma biz də hazırıq!
“Çelsi”nin baş məşqçisi Liam Rozenyor əvvəllər Fransada “Strasbur”la işlədiyi dövrü xatırladıb.
“Strasbur” həmişə qəlbimdə qalacaq. Fransada inanılmaz vaxt keçirdim və böyük təcrübə qazandım. Bu fantastik dövr idi. Bu qədər tez yenidən bura qayıdacağımı gözləmirdim. Yeni xoş xatirələr yaratmaq istəyirəm. Bu anın dadını çıxarmaq istəyirəm, lakin bunun üçün matçı qazanmalıyıq”, – deyə o bildirib.

Rozenyor PSJ haqqında da fikirlərini bölüşüb:
“PSJ dünya səviyyəli komandadır, bunu inkar etmək mümkün deyil. Onların heyətində dünya səviyyəli futbolçular və məşqçi var, amma bizdə də belə oyunçular mövcuddur. Unutmamalıyıq ki, bu iki oyundan ibarət qarşılaşmadır, ona görə də intizamlı olmalıyıq. Mən özümə və komandama inanıram. Bu, uğurlu kombinasiyadır”.
Luis Enrike: Bu matç çox çətin olacaq!
PSJ-nin baş məşqçisi Luis Enrike isə rəqiblə fərqli oyun üslublarına malik olduqlarını qeyd edib:
“Biz topa daha çox nəzarət etməyə üstünlük veririk, “Çelsi” isə çox effektiv oynayır. Ümid edirəm ki, sakit qala biləcəyik. Bəzən belə oyunlarda həddindən artıq istək zərər verə bilər. Biz necə oynamaq istədiyimizi və belə matçlara necə hazırlaşmağı yaxşı bilirik”.

İspaniyalı mütəxəssis Çempionlar Liqasını qazanmağın çətinliyini də vurğulayıb:
“Çempionlar Liqasını ilk dəfə qazanmaq çox çətindir. Hamı bilir ki, biz bunu yenidən edə bilərik, lakin bu asan deyil. “Çelsi”ni yaxşı tanıyırıq. Keçən yay onlarla qarşılaşmışdıq, amma indi onların həm baş məşqçisi, həm də heyəti dəyişib. Belə oyunların çox çətin olduğunu bilirik, lakin qələbə qazanmaq istəyirik”.
Namiq HUN
tag: UEFA,Çelsi,PSJ,Açıqlama,Todaypress.tv,
