Azərbaycan çempionunu ÇL-də təhlükəli rəqiblər gözləyir!
“Sabah” klubunun UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
TodayPress TV “haqqin.az” saytına istinadən xəbər verir ki, turnirin 1-ci təsnifat mərhələsində 28 komanda iştirak edəcək. Azərbaycan çempionu 14 səpələnməmiş klub arasında yer alacaq.
“Bayquşlar”ın qarşılaşa biləcəyi 14 komandadan 13-ü məlumdur:
- “Şemrok Rovers” (İrlandiya)
- KUPS (Finlandiya)
- “Drita” (Kosovo)
- “Linkoln Red İmps” (Cəbəllütariq)
- “Borats” (Bosniya və Herseqovina)
- “Vikinqur” (İslandiya)
- “Kayrat” (Qazaxıstan)
- “Universitatya Krayova” (Rumıniya)
- “Riqa” (Latviya)
- “Klaksvik” (Farer adaları)
- “Flora” (Estoniya)
- “Larn” (Şimali İrlandiya)
- “Petrokub” (Moldova)
14-cü rəqib Uelsin TNS klubu ola bilər. Bu, Ermənistan çempionatının nəticəsindən asılıdır. Çempionluq uğrunda “Ararat-Armenia” və “Noa” klubları mübarizə aparır. “Ararat-Armenia” çempion olsa, TNS səpələnmişlər sırasına düşəcək və “Sabah”ın mümkün rəqiblərindən biri olacaq. “Noa” çempion olacağı halda isə reytinqinə görə TNS-i üstələyərək onun yerini tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 7/8-i və 14/15-də baş tutacaq.
Namiq HUN