Avropada böyük gecə: ÇL-də ilk yarımfinalçılar bilinəcək
UEFA
14.04.2026 10:32
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk iştirakçıları məlum olacaq.
TodayPress TV xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki qarşılaşma baş tutacaq.
İspaniyanın paytaxtı Madriddə “Atletiko” klubu “Barselona”nı qəbul edəcək. Avropa nəhənglərinin ilk duelində “Atletiko” 1 həftə əvvəl səfərdə 2:0 hesablı qələbə qazanıb. Cütün qalibi finala aparan yolda “Arsenal” – “Sportinq” duelinin güclüsü ilə üz-üzə gələcək.
İngiltərədə isə “Liverpul” Fransanın “Pari Sen-Jermen” klubunu qəbul edəcək. “Qırmızılar” ötən həftə Paris təmsilçisinə 0:2 hesabı ilə uduzublar. Qalib komanda yarımfinalda “Bavariya” – “Real Madrid” cütünün güclüsü ilə qarşılaşacaq.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Namiq HUN
tag: UEFA,Çempionlar Liqası,Atletiko,Barselona,Todaypress.tv,
