Arteta etiraf etdi: Çempionlar Liqasında qələbə qazanmaq çox çətindir

UEFA

12.03.2026 12:48

Mikel Arteta “Arsenal”ın “Bayer Leverkuzen” ilə oyunundan sonra UEFA Çempionlar Liqasında çıxış etməyin çətinliyindən danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına açıqlama verib. 

Arteta oyunun nəticəsinin turnirin çətinliyini bir daha göstərdiyini bildirib:

“Bəli, bu matç Çempionlar Liqasının nə qədər çətin turnir olduğunu bir daha xatırlatdı. Bu yarışda, xüsusilə səfərdə istənilən rəqibi məğlub etmək çox çətindir. Geriyə baxanda anlayırsan ki, ardıcıl səkkiz oyunda qalib gəlmək üçün nə qədər böyük iş görmüşük. Bu, çox çətin nailiyyətdir və əvvəllər heç kim bunu bacarmayıb”.

İspaniyalı mütəxəssis komandasının cavab oyununa fokuslanacağını vurğulayıb:

“Biz oyunun əhəmiyyətini və rəqibin gücünü yaxşı anlayırdıq. İndi isə işimizi Londonda başa çatdırmalıyıq”.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayer” və “Arsenal” klubları arasında Leverkuzendə keçirilən ilk matç 1:1 hesabı ilə başa çatıb. 

Namiq HUN

TodayPress TV

tag: Mikel Arteta,Arsenal,Bayer Leverkuzen,UEFA,Todaypress.tv,