“Arsenal” hamını qabaqladı – “Opta”dan şok proqnoz

UEFA

16.04.2026 09:15

“Opta” superkompüteri UEFA Çempionlar Liqasının əsas favoritini açıqlayıb. 

TodayPress TV “Opta Analyst”ə istinadən xəbər verir ki, superkompüter 2025/2026 mövsümünün UEFA Çempionlar Liqasının (ÇL) qalibi ilə bağlı proqnozlarını 1/4 final mərhələsi başa çatdıqdan sonra yeniləyib.

Turnirin əsas favoriti “Arsenal” klubu hesab olunur. London təmsilçisinin qalibiyyət şansı 38,6% qiymətləndirilir.

Digər komandaların göstəriciləri isə belədir:

“Bavariya” - 33,3% 

“Pari Sen-Jermen” - 19,1% 

“Atletiko Madrid” - 9% 

Qeyd edək ki, ÇL-in yarımfinal mərhələsində “Pari Sen-Jermen” ilə “Bavariya”, “Atletiko Madrid” ilə isə “Arsenal” üz-üzə gələcək.

İlk oyunlar 28–29 aprel, cavab qarşılaşmaları isə 5–6 may tarixlərində keçiriləcək. Final matçı 30 mayda Budapest şəhərində baş tutacaq.

Namiq HUN

TodayPress TV

tag: UEFA,Bavariya,Arsenal,Pari Sen-Jermen,Atletiko Madrid,Todaypress.tv,