Tramp Səudiyyəni husilərlə üz-üzə qoydu, kənardan tamaşa edir

Tramp Səudiyyəni husilərlə üz-üzə qoydu, kənardan tamaşa edir
12.09.2026 11:26 Təhlil

ABŞ lideri Donald Trampın Səudiyyə Ərəbistanını tərk etməsi və husilərə qarşı birbaşa hərbi dəstəkdən imtina etməsi Yəmən münaqişəsinin dinamikasını dəyişdirən mühüm addım addım oldu. 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampa iki dəfə zəng edərək husilərə qarşı zərbələrə qoşulmasını istəmişdi, Ağ Ev isə bu təklifi rədd etdi.  Hazırda ABŞ yalnız kəşfiyyat dəstəyi ilə məhdudlaşır və birbaşa münaqişəyə girməkdən yayınır.

Görünür, Vaşinqtonun regionda yeni genişmiqyaslı hərbi öhdəliklərdən çəkinir.

Əvvəllər Səudiyyə tərəfi husilərlə təkbaşına mübarizə apara biləcəyinə inanırdı. Lakin vəziyyət kəskin şəkildə dəyişib. İranın dəstəyi ilə hərəkət edən husilər hökumət qüvvələrinə qarşı qətiyyətli hücumlar həyata keçirir. Onların əsas hədəfi bütün Yəmən ərazisini nəzarətə almaq və xüsusilə Bab əl-Məndəb boğazına strateji girişə yiyələnməkdir.

Yəmən ordusu isə ciddi müqavimət göstərmədən geri çəkilir.

Bu enerji bazarlarına da ciddi  təsir edir. Neft qiymətləri may ayından bəri ən yüksək səviyyəyə qalxıb. Vəziyyətin gərginləşməsi və boğazın təhlükəsizliyinə dair narahatlıqlar qlobal neft təchizatına təzyiq yaradır. Bu da Rusiya üçün əlverişli şərait formalaşdırır və Moskvanın mövqeyini gücləndirir. Putin artıq rahat-rahat əllərini ovuşdurur. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər