3 qələbə, 1 məğlubiyyət: Millimiz Yalovada ikinci oldu

3 qələbə, 1 məğlubiyyət: Millimiz  Yalovada ikinci oldu
12.09.2026 12:17 İdman

16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində çıxışını başa vurub.

TodayPress TV xəbər verir ki, millimiz qrup mərhələsində keçirdiyi hər üç oyunda qələbə qazanaraq finala yüksəlib.

Final qarşılaşmasında 21:47 hesabı ilə geri düşən komandamız əzmkar mübarizə apararaq fərqi minimuma endirib. Hesabı bərabərləşdirmək və önə keçmək imkanları qazanan millimiz sonda Konya Diltaş Basketbola 69:73 hesabı ilə məğlub olub və turniri ikinci pillədə tamamlayıb.

Azərbaycanın turnirdəki nəticələri belə olub:

Viktor Sanikidze Academy Basketball – Azərbaycan 43:94

Bakırköy Kartaltepe – Azərbaycan 54:65

Eskişehir Gelişim Falcons – Azərbaycan 53:54

Azərbaycan – Konya Diltaş Basketbol 69:73

Namiq HUN 

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər