GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur

GERİ SAYIM BAŞLADI : Ermənistanın  taleyi həll olunur
01.06.2026 13:43 Təhlil

İyunun 7-də Ermənistanda keçiriləcək  parlament seçkilərinə sayılı günlər qaldı.

Bu proses ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək ciddi  tarixi hadisədir.

Hazırkı mənzərə göstərir ki, Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası seçki yarışında əsas favoritdir. Son rəy sorğularına görə, hakim partiya rəqiblərini xeyli qabaqlayır. Müxalifət düşərgəsində isə parçalanma davam edir və hələlik heç bir siyasi qüvvə Paşinyana ciddi təhlükə yarada bilmir.

Sorğular nə deyir?

Müxtəlif sorğular fərqli nəticələr göstərsə də, ümumi mənzərə dəyişmir: Paşinyan seçki yarışına lider kimi daxil olur.


Müşahidəçilər hesab edirlər ki, qərarsız seçicilərin bir hissəsi son anda seçim etsə belə, hazırda hakim partiyanın üstünlüyü kifayət qədər böyük görünür.

Paşinyan kampaniyasını "Sülh naminə səs verin" şüarı üzərində qurub. O, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, yeni konstitusiya islahatlarını və Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsini əsas hədəf kimi təqdim edir.

Müxalifət isə hökuməti Qarabağ məsələsində güzəştlərə getməkdə ittiham edir. Onlar daha çox Rusiya ilə yaxın münasibətlərin qorunmasının vacibliyini vurğulayırlar.

Paşinyanın əsas vədləri nədir?

✓ Azərbaycanla sülh müqaviləsi

✓ Yeni Konstitusiya

✓ Avropa İttifaqı ilə inteqrasiya

✓ Qərbyönlü xarici siyasət

Bəs Moskva bu gedişatdan niyə narahatdır?

Son aylarda Ermənistan-Rusiya münasibətlərində gərginlik artıb. Ermənistanın Avropa istiqamətində atdığı addımlar Moskvanın yuxularını qarışdırır.

Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistan eyni zamanda həm Avropa İttifaqına inteqrasiya edib, həm də Avrasiya İqtisadi Birliyinin bütün üstünlüklərindən yararlana bilməz. 

Aİİ-nin son iclasında dövlət başçılarının bağlı qapılar arxasında Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını müzakirə etdilər. İclasda iştirak edən dörd ölkənin (Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan) liderləri Ermənistanla bağlı xüsusi bir bəyanat qəbul ediblər. Sənəd iclasda Ermənistanı təmsil edən baş nazirin müavini Mqer Qriqoryana təqdim olunub.  Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov dərhal sonra açıqlama verdi ki, Ermənistan Aİ-yə yalnız öz hesabına inteqrasiya edə bilər. Bütün bunlar Paşinyana təzyiq kimi qiymətləndirilir. 

Bundan başqa, sosial şəbəkələrdə anti-Paşinyan kampaniyalarının genişləndiyi, informasiya mübarizəsinin gücləndiyi müşahidə olunur. Mənbələr bunun Rusiya dairələrinin xüsusi işgüzarlığı kimi təqdim edirlər. 

Rusiyanın Ermənistana son xəbərdarlıqları: 

• Avropa ilə yaxınlaşma tənqid edilir

• AİB üzvlüyünün üstünlükləri xatırladılır

• İqtisadi təzyiq siqnalları verilir

• İnformasiya müharibəsi güclənir

Mövcud vəziyyət Paşinyanın seçkilərə ən güclü namizəd kimi getdiyini göstərir. Əgər hakim partiya qələbə qazanarsa, Ermənistanın Qərbə inteqrasiya kursu və Azərbaycanla sülh prosesi daha da sürətlənə bilər.

Bununla belə, seçkiyə qədər qalan günlərdə müxalifətin fəaliyyəti, qərarsız seçicilərin seçimi və xarici təsirlər nəticəyə müəyyən dərəcədə təsir göstərə bilər.

7 iyun seçkiləri Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək ən vacib siyasi hadisələrdən biri olacaq. 

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
01 IYUN 2026
NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Bütün Xəbərlər