Neft arteriyasında yeni insident - Nə baş verir?
Səudiyyə Ərəbistanının Şərq-Qərb xam neft boru kəmərində yeni zərbə ehtimalı ilə bağlı məlumat yayılıb.
TodayPress TV xəbər verir ki, oktyabrın 4-də çəkilmiş peyk görüntülərində Ər-Riyadın şərqində yerləşən 2 nömrəli Nasos Stansiyasından təxminən 50 kilometr məsafədə geniş tüstü dumanı müşahidə olunub.
Məlumata görə, hadisə sentyabr ayında boru kəmərinə edilən hücumlardan sonra sistemin fəaliyyətinin və 1200 kilometr uzunluğundakı xəttin ötürmə qabiliyyətinin bərpasına başlanmasından qısa müddət sonra baş verib.
Peyk görüntülərindəki məlumatların Kopernik Sentinel sistemindən əldə edildiyi bildirilir. Hadisənin səbəbi və boru kəmərinə zərər dəyib-dəymədiyi barədə hələlik rəsmi açıqlama yoxdur.
Jalə Rövşən