Husilər geri çəkilir? - Bab əl-Məndəb uğrunda savaş - VİDEO

Husilər geri çəkilir? - Bab əl-Məndəb uğrunda savaş - VİDEO
05.10.2026 14:12 Dünya

Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazı yaxınlığındakı strateji Dhubab rayonunun böyük hissəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.

TodayPress TV xəbər verir ki, "Reuters"in məlumatına görə, hökumət qüvvələri Səudiyyə rəhbərliyindəki koalisiyanın hava dəstəyi ilə bölgədə irəliləyərək Bab əl-Məndəbə nəzarəti gücləndirməyə çalışır. 

Yəmən ordusunun sözçüsü isə hökumət qüvvələrinin Bab əl-Məndəb ərazisini və Dhubab hava limanını ələ keçirdiyini bildirib. 

Husilər isə bu məlumatları təkzib edərək hökumət qüvvələrinin Bab əl-Məndəb bölgəsində hər hansı irəliləyiş əldə etmədiyini bildiriblər. 

Qeyd edək ki, Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və beynəlxalq gəmiçilik üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər