Dünya Çinin, dünya "Sem"in, dünya heç kimin? - "Dava yorğan davasıdır"

Dünya Çinin, dünya "Sem"in, dünya heç kimin?  - "Dava yorğan davasıdır"
14.05.2026 14:28 Təhlil

Dünyanın iki ən böyük gücü — ABŞ və Çin yenidən masa arxasındadır. Tramp öz "bazarlıq" üslubu ilə gəlib, Si Pin isə ehtiyatlı, lakin özünəinamlıdır. Bu görüş dünyanın gələcək 4-5 illik iqtisadi və hərbi xəritəsini cızmaq cəhdi kimi qiymətləndirilir.

Bəs niyə indi?

Trampın "qayıdışı" onun seçicilərinə verdiyi "böyük iqtisadi canlanma" vədini həyata keçirmək üçün Çinlə ticarət münasibətlərini ABŞ-nin xeyrinə həll etməsini zəruri edir. Digər tərəfdən, İran və enerji məsələsi də gündəmdədir. Yaxın Şərqdəki gərginlik Çinin enerji təhlükəsizliyinə, ABŞ-nin isə siyasi nüfuzuna təsir edir. Hər iki tərəf üçün bölgədəki "yanğını söndürmək" strateji maraq daşıyır. Eyni zamanda ABŞ-nin  250 illiyi fonunda Tramp dünyaya "sülh gətirən lider" imici vermək istəyir.

Masadakı gizli qəhrəmanlar isə texnologiya nəhəngləridir. Nümayəndə heyətində İlon Mask və Jensen Huang-ın olması təsadüfi deyil. Bu, göstərir ki, söhbət artıq təkcə soya paxlası və ya polad satışından getmir. Əsas qarşıdurma süni intellekt və yarımkeçirici texnologiyalar üzərindədir. Tramp Çinə çip satışını məhdudlaşdırmağa çalışsa da, Amerika şirkətləri bu nəhəng bazarı tamamilə itirmək istəmir.

Maskın iştirakı Çindəki zavodlarının təhlükəsizliyi və gələcək rəqabət üçün bir növ "sığorta" rolunu oynayır. Hər iki tərəfin məqsədləri fərqlidir. Tramp ABŞ üçün ticarət kəsirini azaltmaq və İran məsələsində təsir imkanlarını artırmaq istəyir. Onun əsas təzyiq vasitəsi tariflər və sanksiya təhlükəsidir. Si Cinpin  isə Çin iqtisadiyyatını qorumaq və Tayvan məsələsində qırmızı xəttini göstərmək niyyətindədir. Çinin əsas üstünlüyü isə kritik minerallar və batareya istehsalı üçün vacib xammal üzərində nəzarətidir.

Pərdəarxasında  daha incə oyunlar gedir. Tramp həmişə olduğu kimi Si Cinpini tərifləyərək şəxsi münasibət qurmağa və bununla danışıqlarda daha yumşaq şərtlər əldə etməyə çalışır. İran kartı da burada önəmlidir. Çin üçün İran həm strateji tərəfdaş, həm də ucuz enerji mənbəyidir. Tramp Çinə "İranı cilovla, mən də tarifləri yumşaldım" mesajı verir. Bu, 2026-cı ilin ən böyük diplomatik alverlərindən birinə çevrilə bilər. Tayvan məsələsi isə danışıqların ən həssas nöqtəsidir.

Sİ Cinpinin  sərt mesajları göstərir ki, Çin iqtisadi güzəştlərə açıq olsa da, suverenlik məsələsində geri addım atmayacaq. Tramp isə Tayvan kartından digər sahələrdə üstünlük qazanmaq üçün istifadə etməyə çalışacaq.

Nəticədə bu iki tərəfin böyük bir dostluğunu gözləmək sadəlövhlük olar. Daha çox "soyuq sülh" və hesablanmış rəqabət dövrü gəlir. Qısa müddətdə bazarlar bu görüşə müsbət reaksiya verə, dollar və yuan daha sabit görünə bilər. Uzun müddətdə isə texnologiya müharibəsi, xüsusilə çip savaşı dayanmayacaq, sadəcə daha kontrollu və müəyyən qaydalar daxilində davam edəcək.

Yekunda bu görüş bir "reset" deyil, tərəflərin bir-birinin gücünü yoxladığı strateji bir fasilədir.  Tramp kiçik bir ticarət razılaşmasını belə siyasi qələbə kimi təqdim etməyə çalışacaq, bu onun daxili reputasiyası üçün vacibdir. Si Cinpin  isə iqtisadi nəfəs almaq üçün hələki vaxt qazanmağa çalışacaq. 

Jalə Rövşən

XƏBƏR LENTİ
01 IYUN 2026
Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Bütün Xəbərlər