Azərbaycan bu addımı ilə özünü Rusiya və İran bombalarından xilas etdi - Ərəb regionu alovlanarkən...

Azərbaycan bu addımı ilə özünü Rusiya və İran bombalarından xilas etdi - Ərəb regionu alovlanarkən...
25.05.2026 15:02 Təhlil

2011-ci ilin mayın 26-da İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatının Nazirlər Konfransı keçirilirdi. Orada Azərbaycan yekdil qərarla hərəkata tam üzv qəbul olundu. Belarusdan sonra Avropanın ikinci ölkəsi kimi qoşulmaq Bakı üçün mühüm əhəmiyyətə malik idi. Bu, o dövrdə ölkənin qarşısında dayanan real risklərə qarşı düşünülmüş həmlə idi. 


Qoşulmama Hərəkatı  "Soyuq Müharibə"nin məhsulu idi. O, həm Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi NATO blokuna, həm də Sovet İttifaqının rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatına qarşı “üçüncü yol” axtarışından doğulmuşdu. Hərəkatın əsas ideyası sadə idi: böyük güclərin mübarizəsində tərəf seçməmək, müstəmləkəçiliyə son qoymaq və öz suverenliyini qorumaq.


İlk addım 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində atıldı. Orada 29 Asiya və Afrika ölkəsi toplaşaraq “Bandunq ruhu”nu yaratdı. Altı il sonra, 1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində ilk rəsmi zirvə keçirildi. Josip Broz Tito, Cavaharlal Nehru, Qamal Abdel Naser, Sukarno və Kvame Nkrumah kimi liderlər hərəkatın qurucuları oldular.


Həmin vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi. SSRİ Varşava Müqaviləsi Təşkilatının (Şərq bloku) əsas lideri sayılırdı və NATO-ya qarşı düşərgədə yer alırdı. Ona görə də Sovet respublikalarının, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatına qoşulması mümkün deyildi. Moskva xarici siyasəti tam nəzarətdə saxlayırdı. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra uzun müddət müşahidəçi statusunda qaldı və yalnız 2011-ci ildə tam hüquqlu üzv oldu. 

Həmin illərdə region çox gərgin idi. Ərəb baharı Tunisdən başlayıb Misir, Liviya, Suriya və Yəmənə doğru yayılmışdı. Böyük dövlətlərin diqqəti tamamilə Yaxın Şərqə yönəlmişdi. Eyni vaxtda İranın nüvə proqramı üzrə Qərblə qarşıdurması pik həddə çatır, sanksiyalar bir-birini əvəz edirdi. Rusiya “yaxın xarici” siyasətini daha sərt şəkildə yeridirdi. Azərbaycan isə bu iki güclü qonşu arasında sıxılmış vəziyyətdə qalmışdı: şimalda Rusiya, cənubda İran.


Əgər Azərbaycan o vaxt Qoşulmama Hərəkatına qoşulmasaydı və Qərblə daha açıq hərbi-siyasi yaxınlaşma yolu tutsaydı, vəziyyət tamam fərqli məcralara gedə bilərdi. Rusiya üçün Azərbaycanın “NATO-ya yaxınlaşması” Qafqazda öz təsirinin zəifləməsi kimi qəbul olunacaqdı. Moskva cavab olaraq Ermənistana hərbi dəstəyi artırar, Qarabağ danışıqlarında daha sərt mövqe tutar və enerji sahəsində təzyiqlərə əl atardı. Nəticədə Bakının manevr imkanları daralardı. İran öz növbəsində Azərbaycanı “İsrailin və Qərbin forpostu” kimi görməyə meyilli idi. Qoşulmama statusu olmadan bu təsəvvür daha da güclənə bilərdi. Sərhəddə gərginlik artar, iqtisadi əlaqələrə kölgə düşər, ölkə radikal qrupların oylağına çevrilərdi. Tehran özü üçün “təhlükə” gördüyü yerdə addım atmamaq xarakterinə malik deyil.

Hərəkata üzvlük Bakıya “biz heç bir hərbi bloka qoşulmuruq” mesajını rəsmi şəkildə verməyə imkan yaratdı. Bu, həm Rusiyanı, həm də İranı bir qədər sakitləşdirdi və yerinə oturtdu. Eyni zamanda Azərbaycan Qərblə enerji əməkdaşlığını (BTC, gələcəkdə TANAP və TAP) davam etdirə bildi. Ordunun modernləşdirilməsi prosesi də nisbətən sakit mühitdə getdi.


Nəticədə ölkə 2011-dən 2020-yə qədər ən vacib illərdə “vaxt qazandı”. Bu vaxt ərzində iqtisadiyyat gücləndi, ordu yenidən quruldu, beynəlxalq dəstək bazası genişləndi. Qoşulmama platforması da əlavə diplomatik alət oldu – ərazi bütövlüyü məsələsində dəfələrlə dəstək qətnamələri qəbul edildi.Proses dövrün Azərbaycana qarşı potensial risklərini ciddi şəkildə aşağı saldı.

Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla, xüsusilə qlobal pandemiya dövründə inkişaf etməkdə olan və üçüncü dünya ölkələrinə humanitar yardım əlini rahatlıqla uzatmaq imkanı qazandı. Bu fəaliyyət ölkəmizin beynəlxalq müstəvidə humanitar donor statusunu daha da möhkəmləndirdi.


Bundan başqa hərəkata sədrlik etdiyimiz dövrdə həyata keçirilən səmərəli fəaliyyət, ölkəmizin milli maraqlarının və haqlı mövqeyinin beynəlxalq platformalarda müdafiə olunmasında müstəsna rol oynadı. Bu təşkilat çərçivəsində aparılan diplomatik işlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və milli mənafelərimizin qorunmasında çox ciddi və əhəmiyyətli bir vasitəyə çevrildi.

Müasir dövrdə neomüstəmləkəçiliyə qarşı aparılan qlobal mübarizə kontekstində, Azərbaycan Qoşulmama Hərəkatı platformasından çıxış edərək Bakı Təşəbbüs Qrupunun yaradılması ilə bu prosesdə yeni bir mərhələnin əsasını qoydu. Bu addım ölkəmizin beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiqliyinin növbəti bariz nümunəsidir.


Bu, prezident İlham Əliyevin daha əvvəl isə Ümumilli Lider Heydər Əliyevin mükəmməl balans siyasəti idi: heç kimin forpostu olmadan, heç kimi qıcıqlandırmadan öz maraqlarını qorumaq bacarığı. Bu reallıqdır ki, kiçik və orta ölkələr üçün ən təhlükəli yol “ya biri, ya o biri” tərəfə tam yapışmaqdır. Azərbaycan isə “heç birindən asılı deyiləm” mövqeyi ilə hər iki qonşu ilə münasibətləri idarə oluna bilən səviyyədə saxladı.

Bu gün də eyni yanaşma aktualdır. 


Jalə Rövşən

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər