Yeniyetmə əmisinə hücum edən canavarı öldürdü

Yeniyetmə əmisinə hücum edən canavarı öldürdü
03.05.2026 19:23 Sosial

Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.

TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.

Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.

Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.

Hadisə zamanı xəsarət alan kişi Zaqatala Rayon Xəstəxanasına çatdırılıb, müalicəsi davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər