Xızıda ağır qəza oldu, ölən var
Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, 1982-ci il təvəllüdlü Şahin Mustafa oğlu Bayramovun sükanı arxasında olduğu "Jeep" markalı avtomobil idarəetmədən çıxıb.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.