"Valerian" haqqında bilmədikləriniz
Sosial
20.04.2026 03:44
Valerian və anaçotu xroniki stress zamanı praktiki olaraq faydasızdır, çünki onlar güclü narahatlıq mexanizmlərinə təsir göstərə və ya kortizol səviyyəsini effektiv şəkildə azalda bilmir.
TodayPress TV xəbər verir ki, bunu nevroloq Mariya Lavrenova "Gazeta.ru"ya açıqlamasında bildirib.
O qeyd edib ki, bu bitki mənşəli vasitələr çox vaxt plasebo effekti kimi işləyir.
“Valerian və anaçotunun sakitləşdirici təsiri çox zəifdir və klinik baxımdan qeyri-sabitdir. Genişmiqyaslı sistematik araşdırmalar göstərir ki, bu bitki mənşəli vasitələr əksər hallarda plasebo səviyyəsində təsir edir və sinir sisteminə yalnız minimal sakitləşdirici təsir göstərir”, – deyə nevroloq izah edib.
Mütəxəssisin sözlərinə görə, bu cür bitki mənşəli vasitələr bəzən yalnız çox yüngül yuxu problemləri olan insanlara kömək edə bilər. Onların zəif rahatladıcı təsiri gündəlik yorğunluq və ya qısamüddətli narahatlıqdan sonra yuxuya getməyə yardım edə bilər. Belə hallarda insanın dərmana inamı və damcı və ya tablet qəbul etmək kimi sakitləşdirici axşam ritualı da mühüm rol oynayır.
Həkim bildirib ki, uzunmüddətli stress zamanı kortizol hormonunun səviyyəsi yüksək qalır və bitki ekstraktları adətən bu göstəricini azaltmağa qadir olmur. Bu vasitələrin zəif təsiri obsesiv düşüncələrin və fizioloji gərginliyin “qapalı dövrə”sini qırmaq üçün kifayət etmir.
Mütəxəssis qeyd edib ki, daimi səhər yorğunluğu, işə diqqət cəmləyə bilməmək və yuxu ilə bağlı obsesiv düşüncələr səbəbindən gecə yatmaq qorxusu yarandıqda mütləq həkimə müraciət edilməlidir.
“Yuxu problemləri üç-dörd həftədən çox davam edərsə, somnoloq və ya psixiatrla məsləhətləşmək lazımdır. Belə hallarda koqnitiv-davranış terapiyası qızıl standart hesab olunur və zərurət yarandıqda həkim effektivliyi sübut olunmuş müasir reseptli dərmanlar təyin edə bilər",-həkim sonda əlavə edib.
Jalə Rövşən
tag: Valerian,Həkim ,Nevroloq ,plasebo,Todaypress.tv,
Xaricdən əczaçılıq məhsullarının alışı azaldı
23.07.2025
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 10 min ton miqdarında, 259,4 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulla...
Bakıda tüstüdən zəhərlənənlərin VƏZİYYƏTİ AÇIQLANDI
24.09.2025
Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən z...
Bir sıra rayonlarda səyyar tibbi müayinələr təşkil edildi
28.01.2026
Ağcabədi, Beyləqan, Bərdə və Xaçmaz rayonlarında səyyar tibbi müayinələr təşkil edilib.Bu barədə TodayPress TV-yə TƏBİB-...
İsti havada soyuq duş qəbul etməyin ZƏRƏRLƏRİ
14.08.2025
Mütəxəssislər isti havalarda yatmazdan əvvəl soyuq duş qəbul etməyin yuxuya mənfi təsir göstərə biləcəyi barədə xəbərdar...
Yeməkdən sonra üzmək təhlükəlidir?
30.06.2025
Yeməkdən dərhal sonra dənizdə və ya hovuzda üzməyin təhlükəli olması ilə bağlı geniş yayılmış fikir tibbi əsaslara söykə...
TƏBİB: Qadınlar hər 2 ildən bir süd vəzi müayinəsindən keçməlidirlər
27.10.2025
"Hər il minlərlə qadın süd vəzi xərçəngindən dünyasını dəyişir. Ancaq vaxtında aşkarlanarsa, insan ömrünü uzatmaq olar"....
Yad mühitdə niyə yuxuya gedə bilmirik?
16.02.2026
Yaponiya alimləri yad mühitdə yuxuya getməyin çətinləşməsinin beyində ayıqlığı qoruyan xüsusi neyronlarla bağlı olduğunu...
Üz dərisini qurumaqdan necə qoruyaq? - Kosmetoloqdan tövsiyələr
13.11.2025
Bəziləri soyuğun dəriyə xeyirli olduğunu, cavan saxladığını düşünürlər. Ancaq qış mövsümündə üz dərisi şaxta, soyuq və k...
“Rəqəmsal göz yorğunluğu” nədir?
07.09.2025
Texnologiyanın inkişafı ilə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefon və digər ekran cihazları uzun müddət i...
Çəkini hər gün ölçmək düzgün deyil
08.06.2025
Bədən çəkisinin dəqiq göstəricilərini əldə etmək üçün gündəlik yox, həftəlik və sabit vaxtda ölçmək tövsiyə olunur.Today...
