Yunanıstanda dəhşətli təyyarə qəzası: İki pilot öldü

Yunanıstanda dəhşətli təyyarə qəzası: İki pilot öldü
18.10.2026 17:51 Dünya

Yunanıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki pilot ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə "ERT-news" məlumat yayıb.

Hadisə Yunanıstanın şimal-şərqində yerləşən Pieriya bölgəsində baş verib. Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında aşkarlanıb. Qəza nəticəsində yanğın baş verməyib.

Hadisə yerinə səkkiz yanğınsöndürən cəlb olunub. Onlar təyyarədə olan iki pilotun meyitlərini aşkar ediblər. Qəzanın səbəbləri araşdırılır.

Aysel Mətləb

FOTOLAR

Yunanıstanda dəhşətli təyyarə qəzası: İki pilot öldü — 1
XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər