Aİ-yə daxil olan ölkə Çinin "yaxşı dostu" olacaq
Monteneqronun Avropa İttifaqına (Aİ) üzv olmaq istəyi onun Çinlə əməkdaşlığına zidd deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Monteneqro Prezidenti Yakov Milatoviçlə görüşündə bəyan edib.
"Çin Monteneqronun Aİ-yə daxil olmaq səylərinə və onun Avropa məkanına inteqrasiya seçiminə anlayışla yanaşır. Biz hesab edirik ki, bu proses ÇXR ilə əməkdaşlığın dərinləşdirilməsinə zidd deyil", - deyə o bildirib.
Çinli diplomat vurğulayıb ki, Avropa İttifaqına daxil olduqdan sonra Monteneqro bu siyasi-iqtisadi birliyin strukturunda "Çinin daha bir yaxşı dostu" olacaq.
Van İ qeyd edib ki, ÇXR və Aİ bir-biri ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini saxlayırlar.
Aysel Mətləb