Litvada NATO qırıcıları havaya qaldırıldı, ölkədə hava həyəcanı elan edildi
Litva hakimiyyəti hava məkanına müdaxilə edən və Baltik respublikasında təxminən bir saat hava həyəcanı rejiminin qüvvədə olmasına səbəb olan pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentin araşdırılmasında köməklik göstərilməsi üçün Polşaya müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlərə Litvanın müdafiə naziri Robertas Kaunas məlumat verib.
"Obyekt Litva ərazisinə Polşa tərəfindən daxil olub. Biz araşdırmada köməklik göstərilməsi üçün həmkarlarımıza müraciət etmişik", - deyə o bildirib.
Nazirin iddiasına görə, yerə düşən PUA-nın qalıqları ölkənin şimalında, Pasvalis rayonunda aşkar edilib. Ərazi mühasirəyə alınıb, hadisə yerində xüsusi xidmət orqanları işləyir. Təxminən bir saat ərzində Kaunas, Panevejis və Şyaulyay qəzalarında hava həyəcanı elan edilib. Əhaliyə sığınacaq tapmaq tövsiyə olunub.
Litvanın Zoknyay aviabazasında dislokasiya olunmuş NATO qırıcıları havaya qaldırılıb. Onlar obyekti öz radarlarında təsbit etsələr də, güclü duman səbəbindən vizual təmas qurmaq mümkün olmayıb.
Aysel Mətləb