Yağış, leysan, dolu... - Əhaliyə xəbərdarlıq edildi!

Yağış, leysan, dolu... - Əhaliyə xəbərdarlıq edildi!
18.10.2026 17:03 Sosial

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, oktyabrın 20-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər